Avropanın Brent neftində bahalaşma

29 Yanvar 2019

Beynəlxalq bazarlarında Avropanın Brent neftinin qiyməti bazar ertəsi 60$-ı aşağı istiqamətdə qırdıqdan sonra çərşənbə axşamı bahalaşmağa başlayıb.

Avropanın Brent neftində bahalaşma

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti Asiya sessiyasında bahalaşmağa başlayıb. Qiymət bazar ertəsi ucuzlaşsa da keçən həftənin dəstək səviyyəsi üzərində dalğalanması, yenidən bahalaşa biləcəyi proqnozlarının güclü qalmasına əsas verir. Bununla yanaşı, "Buğa"-lar yaxşı anlayır ki, 60.09$-ın aşağı istiqamətdə qırılması, qiymətin 58.97$-a kimi də ucuzlaşmasına səbəb ola bilər. 


Beləliklə, təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiymətində müşahidə edilən cari bahalaşma, 60.76$-ın qırılması ilə nəticələnərsə, son günlər gözlənilən 61.90-62.30$-ın qırılması ehtimalları yenidən arta bilər. 


Əks təqdirdə, qiymət yenidən ucuzlaşaraq, 59.46$-ı qırarsa, 58.97$-a kimi də ucuzlaşa bilər. Bundan sonra Brent neftində qlobal ucuzlaşma daha da güclənə bilər.