Avropanın Brent neftində yeni maksimumlar

04 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropanın Brent neftinin qiyməti bahalaşaraq, son iki ayın maksimum səviyyələrinə kimi dəyər qazanıb.

Avropanın Brent neftində yeni maksimumlar

Avropanın Brent markalı neftinin qiyməti bahalaşaraq, 2019-ci ilin maksimum səviyyəsini yeniləyib. Keçən həftə ABŞ-ın neft ehtiyatları ilə bağlı fundamental göstəricilərin açıqlanmasından və dolların ucuzlaşması fonunda növbəti artım dalğasına başlayan Brent neftinin qiyməti, bu gün artıq 63$-ın üzərində ticarət edilməkdədir. 


Təhlillərə əsasən, qısa müddətli perspektivdə Brent neftinin qiyməti 62.29$-ın üzərində qaldıqca, 64.46 və 66.38$-a kimi də dəyər qazana bilər.