Avropanın Brent neftinin qiymətində sürətli ucuzlaşma

04 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropanın Brent neftinin qiyməti 63$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, yenidən 61$-a kimi ucuzlaşıb.

Avropanın Brent neftinin qiymətində sürətli ucuzlaşma

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti, günün önəmli dəstək səviyyəsini qırmaqla, eniş dalğasını sürətləndirib. Gün ərzində bahalaşaraq, 2019-ci ilin maksimum səviyyəsini yeniləyəyən Brent nefti, 63.61$-da güclü müqavimətlə rastlaşıb. 


Keçən həftə ABŞ-ın neft ehtiyatları ilə bağlı fundamental göstəricilərin açıqlanmasından və dolların ucuzlaşması fonunda növbəti artım dalğasına başlayan Brent neftinin qiyməti, bu gün yenidən ucuzlaşmağa başlayıb.


Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiymətinin eniş dalğası, 61.39$-da güclü dəstək səviyyələri ilə qarşılaşa bilər. Qiymət sözügedən səviyyənin altında qalarsa, bundan sonra 59.97$-a kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır. 


Alternativ proqnoza əsasən, qiymət 60.43$ üzərində qaldıqca, yenidən bahalaşa və maksimumları yeniləyə biləcəyi ehtimalları da güclü olaraq qalır.