Avropanın tikinti sektoru zəifləyə bilər

11 İyul 2018

Siyasi və iqtisadi risklər, tələbin azalması və qiymətlərin yüksəlməsi, 2020-ci ilə kimi tikinti sektoru aparıcı sahə kimi önəmliyini itiriə bilər.

Avropanın tikinti sektoru zəifləyə bilər

Avropada tikinti sektoru güclü inkişafdan sonra gələcək iki il ərzində aparıcı iqtisadi sektor kimi önəmliyini itirə bilər. Bu qənaətə 19 ölkədən olan araşdırma mərkəzləri gəlib. 


Almaniyanın iqtisadi araşdırmalar institutu "Ifo" çərşənbə axşamı verdiyi açıqlamasında, tikinti sektorunun kifayət qədər yüklənməsinin, mənzil qiymətlərinin yüksəlməsinin, iqtisadi və siyasi risklərin və eyni zamanda, Breksitin gələcək illər ərzində tikinti sektorunun zəifləməsinə səbəb olacaqlarını bildirib. Bununla yanaşı, 2008-ci il böhranından sonra qalan tələb də artıq azalıb.