Avroqrup investisiyaları müzakirə edir

20 Fevral 2018

Avroqrup Avropada iqlim siyasətini dəstəkləyən investisiyaları təşviq etmək üçün maliyyə bazarlarında sərfəli imkanları müzakirə edir.

Avroqrup investisiyaları müzakirə edir

Avropa Birliyinin (AB) maliyyə nazirləri çərşənbə axşamı Brüsseldə "yaşıl" və dayanıqlı investisiyaları müzakirə edəcəklər. Burada məqsəd AB-nin iqlim hədəflərinə çatmaq istiqamətində investisiyaları artırmaq üçün maliyyə sektorunda da sərfəli imkanlar yaratmaqdır. 


Bununla yanaşı, nazirlərin Avropa Mərkəzi Bankının (AMB) vitse sədrliyinə namizədlərlə bağlı təklifləri də gözlənilir. Bazar ertəsi artıq İspaniyanın maliyyə naziri Luis de Qindos ətrafında ilkin razılıq olub. Yekun qərar isə 19 Avropa ölkələrinin hökümət və dövlət başçılarının mart ayının 22-23 aralığında baş tutan görüşlərində veriləcəkdir. 


Qeyd etmək lazımdır ki, portuqaliyalı Vitor Kostancionun səlahiyyət müddəti 8 ildən sonra may ayının sonu bitir.