Avroya olan tələbin artması, qızılı da ucuzlaşdırır

12 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında aparıcı valyutalar arasında avroya olan tələbin artması, qızıl fyuçerslərinin də ucuzlaşmasına səbəb olur.

Avroya olan tələbin artması, qızılı da ucuzlaşdırır

Dolların ucuzlaşması, avroya olan tələbin artması. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son iki həftənin minimum səviyyələrində ticarət edilməkdədir və minimumları da aşağı istiqamətdə qırarsa, 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Beləliklə, avroya olan tələb və EUR/USD məzənnəsinin 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları da artıb.


Avronun bahalaşması, qızılı da ucuzlaşdırır. 

Avroya olan tələbin artması əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. Əlvan metallar bazarlarında hal-hazırda 1292$-ın altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1290$-ı da aşağı istiqamətdə qırarsa, 1281$-a kimi də ucuzlaşa bilər.