Avroya təsir edən önəmli amillər haqqında

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avrozona haqqında müsbət göstəricilər açıqlansa da avronun qiymətində volatillik aşağı düşüb və bunun səbəbləri.

Avroya təsir edən önəmli amillər haqqında

Foreks bazarlarında Avrozona iqtisadiyyatına dair müsbət fundamental məlumatların açıqlanmasına baxmayaraq, avronun qiymətlərində güclü aktivlik müşahidə edilmir. 


Avrozonanın son zamanlar pərakəndə satış dövriyyəsi, inflyasiya və xidmət sektorlarında aktivliyin artması ilə bağlı göstəricilərin açıqlanmasına baxmayaraq, EUR/USD məzənnəsi keçən həftənin açılış qiymətləri səviyyələrində ticarət edilməkdədir.


EUR/USD məzənnəsi keçən həftə ərzində 1.1419$-a kimi 0.8% bahalaşsa da cari həftə ərzində yenidən 1.1308$-a kimi 1% ucuzlaşıb. 


Bunun əsas səbəbi Avropa Mərkəzi Bankının cümə axşamı verəcəyi açıqlamalar fonunda bazar iştirakçılarının ehtiyatlı mövqedir. Maliyyə bazarlarında AMB-nin ÜDM və inflyasiya dair gələcək gözləntilərini aşağı salacağı gözlənilir. Bu isə foreks bazarlarında avronun qiymətlərinə yük olmaqdadır. 


Bununla yanaşı, avronun müsbət təsir edə biləcək amillər də diqqət mərkəzində saxlanılmalıdır. ABŞ prezidenti zəif dollar istəyir və həftə sonu bununla bağlı Amerika Mərkəzi Bankına siyasətində sərtləşməni dayandırmasını təklif edib. 


ABŞ ilə Çin arasında ticarət böhranının həlli istiqamətində müsbət irəliləyişlər mövcuddur və mart ayının sonlarında yeni ticarət sazişinin imzalanması ümidləri artıb.