Avrozona: Borc səviyyəsi azalıb

23 Aprel 2018

Avrozonada keçən il ərzində iqtisadi inkişaf dinamikasının 2.7%-ə çatması, ümumi borclanma səviyyəsinin də 2.3% azalmasına təsir edib.

Avrozona: Borc səviyyəsi azalıb

Avrozonada keçən il ərzində güclü iqtisadi inkişaf və borclanma səviyyəsində azalma, ümumilikdə borclanma kvotasının azalmasına təsir edib. Bazar ertəsi Avropanın statistika mərkəzinin ("EuroStat") verdiyi rəsmi məlumatlara əsasən, 2017-ci ildə 19 ölkə üzrə ümumi borc səviyyəsi ümumi daxili məhsulun həcminə görə 86.7% təşkil edib. Bu isə 2016-ci il ilə müqayisədə 2.3% azdır. 


Büdcə balansında defisit isə (dövlət xərclərinin gəlirləri üstələməsi) 2016-ci ildə 1.5% olsa da, 2017-ci ildə bu göstərici də 0.9%-ə kimi azalıb. Əksər ölkələrdə iqtisadi inkişafın yüksəlməsi hətta büdcə profisitinə də səbəb olub. Bura 0.8% profisit ilə Yunanıstanı aid etmək olar. Ən yüksək defisit İspaniya (3.1%) və Portuqaliyda (3.0%) olub. 


Lakin ümumi borc səviyyəsi Avrozonada ölkələr arasında bərabər paylanmayıb. Estoniya və Luksenburqda borc səviyyələri müvafiq olaraq 9.0 və 23.0% ilə ən aşağı olmaqla, ilk yerləri paylaşırlar. Ən yüksək borc səviyyəsi isə Yunanıstan (178.6%), Italiya (131.8%), Portuqaliya (125.7%), Belçika (103.1%) və İspaniyadadır (98.3%).


Qayadalara əsasən, ÜDM-yə əsasən büdcə defisiti 3%, borclanma kvotası isə 60%-i keçməməlidir. Hər iki tələbə eyni anda cavab verən altı ölkə olub: Baltikyanı ölkələr, Estoniya, Latviya və Litva, eyni zamanda, Luksenburq, Hollandiya və Slovakiya.