Avrozona-İngiltərə iqtisadiyyatları fonunda narahatlıq

25 İyun 2020

Beynəlxalq birjalarında avro və funtun qiymətlərində müşahidə edilən ucuzlaşmalara baxmayaraq, yenidən bahalacaqları proqnozları güclü olaraq qalır.

Avrozona-İngiltərə iqtisadiyyatları fonunda narahatlıq

Avrozona iqtisadiyyatında pandemiyanın ikinci dalğası fonunda narahatlıqlar avroda korreksiyanın dərinləşəcəyi ehtimallarının da artmasına səbəb olub. Lakin hazırda 1.1233$-ın üzərində dayanan qiymətin yenidən bahalaşmağa başlayacağı ehtimalları güclü olaraq qalır. 

Eyni sözlər İngiltərə iqtisadiyyatına da aid olduğu üçün GBP/USD məzənnəsində də oxşar tendensiya müşahidə edilir. Təhlillərə əsasən, burada da qiymət cari ayın dəstək səviyyəsi üzərində qaldıqca, yenidən bahalaşmağa başlaya biləcəyi proqnozlaşdırılır. 

Əlvan metallar bazarlarında isə dolların bahalaşması, qızıla olan tələbi azaldıb. Bir unsiya üzrə qiymət 1768$-ın altında qaldıqca, 1730$-a kimi dəyər itirə bilər. 

Bununla yanaşı, bu gün Amerikanın iqtisadi inkişafı ilə bağlı yayımlanacaq önəmli fundamental göstəricilər də qiymət tendensiyalarının proqnozlaşdırılmasında önəmli rol oynayacaqdır.