Avrozona iqtisadi göstəriciləri diqqət mərkəzindədir

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonadan sabah açıqlanacaq fundamental göstəricilər investorların diqqət mərkəzindədir və avroya təsir edəcəyi gözlənilir.

Avrozona iqtisadi göstəriciləri diqqət mərkəzindədir

Dünya Maliyyə bazarlarında avro dollar qarşısında son iki həftədir bahalaşmaqda davam edir. 1 Mart saat 12:55-də Almaniyadan açıqlanacaq  biznes aktivliyi indeksi və işsizlik səviyyəsi ilə bağlı göstəricilər də diqqət mərkəzindədir.


Keçən ay 47.6 olaraq açılanmış biznes aktivliyi indeksində dəyişiklik olması gözlənilmədiyi halda keçən ay 2000-lik azalmayla açıqlanmış işsizlik səviyyəsinin bu ay 5000 azalmayla açıqlanması gözlənilir.


Eyni zamanda,  saat 14:00-da Avrozondan açıqlanacaq istehlak qiymətləri indeksi ilə bağlı xəbər də maraqla gözlənilir. Keçən ay 1.4 % azalmayla dərc olunan göztəricinin 1.5%-lik artımla açıqlanması ehtimal edilir. Proqnozlar özünü doğruldacağı təqdirdə avronun dollar qarşısın bahalşaraq 1.1450 səviyyəsini görməsi gözlənilir. Əks halda, qiymət 1.1310 həddinə kimi ucuzlaşa bilər.