Avrozona iqtisadiyyatı 2.7% böyüyüb

14 Fevral 2018

Avrozonada iqtisadi inkişaf göstəricilərinin yayımlanması, maliyyə bazarlarına güclü təsir etməyib və investorlar daha çox yekun göstəricini gözləyir.

Avrozona iqtisadiyyatı 2.7% böyüyüb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə günü yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2017-ci ilin dördüncü rübündə 0.6%, illik müqayisədə isə 2.7% artıdığı göstərilib. Analitiklər də rüblük və illik müqayisədə müvafiq olaraq 0.6% və 2.7%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür. Beləliklə, 2017-ci ildə Avrozonada iqtisadiyyat 2.7% böyüyüb. 2016-ci ildə isə bu göstərici 1.7% olmuşdur. 


ABŞ-da rüblük inkişaf oktyabr-dekabr ayları ərzində 2.6%, illik müqayisədə isə 2.4% olmuşdur. 


Qeyd etmək lazımdır ki, bu gün yayımlanan göstəricilər ikinci hesablanmanın nəticəsidir və yekun göstərici mart ayının 7-də açıqlanacaqdır.