Avrozona iqtisadiyyatı üzrə bədbin gözləntilər

12 İyun 2018

Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal artıq 3-cü aydır zəifləyərək son 5 ilin minimum səviyyəsinə çatıb.

Avrozona iqtisadiyyatı üzrə bədbin gözləntilər

Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin (alm.: "ZEW") çərşənbə axşamı verdiyi məlumatlara əsasən, Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal iyun ayında sıfırın altında 12.6 punkta kimi azalıb. Analitiklər isə yalnız 2.4 punktdan 0.1 punkta kimi azalma proqnozlaşdırırdılar. Beləliklə, göstərici 2012-ci ilin oktyabr ayından etibarən ən aşağı səviyyəyə düşüb. Göstərici maliyyə bazarları iştirakçıları tərəfindən diqqətlə izlənilir və 350 investor və analitiklər arasında aparılan sorğu əsasında hazırlanır.


"ZEW" indeksi 2016-ci ilin avqust ayında sıfırın üzərində inkişaf edərək, 2017-ci ilin may ayında 20.6 punkt ilə maksimum səviyyəyə çatmışdır. Bundan sonra azalmağa başlayan göstərici, 2018-ci ilin aprel ayından etibarən artıq 3-cü aydır sıfırın altında dərc edilir. Bu, Avrozona iqtisadiyyatında böhranın dərinləşməsinə işarədir. 


Dünya valyuta birjalarında da EUR/USD məzənnəsi aprel ayından 1.15$-a kimi 7% ucuzlaşmışdır. Bundan sonra məzənnə 3% bahalaşıb və bu gün 1.18$-a ticarət edilməkdədir. 


Qeyd etmək lazımdır ki, sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə bədbinliyə dair işarədir.