Avrozona iqtisadiyyatı üzrə nikbinlik artıb

21 Yanvar 2020

Almaniya və Avrozona üzrə iqtisadi inkişaf indeksi müsbət açıqlanıb və bazarlarda risk iştahının artmasına səbəb ola bilər.

Avrozona iqtisadiyyatı üzrə nikbinlik artıb

Avropa iqtisadiyyatının araşdırılması mərkəzinin (alm.: "ZEW") Almaniya və Avrozona üzrə iqtisadi inkişaf proqnozu indeksi açıqlanıb. 

Məlumatlara əsasən, Almaniya üzrə "ZEW" indeksi 10.7 punktdan 26.7 punkta kimi yüksəlib, Avrozona üzrə göstərici isə 11.2 punktdan mənfi 25.6 punkta yüksəlib. Mütəxəssislər göstəricilərin Almaniya və Avrozonada müvafiq olaraq 15.0 vəv 5.5 punkt açıqlanacağını proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, Avrozona üzrə göstərici 2018-ci ilin mart ayından etibarən son bir ilin maksimumuna yüksəlmiş olur.