Avrozona iqtisadiyyatı üzrə nikbinlik azalır

18 Fevral 2020

Almaniya və Avrozona üzrə iqtisadi inkişaf indeksi mənfi açıqlanıb və bu, AMB-nin siyasətini daha da yumşalda biləcəyi ehtimallarını da artırır.

Avrozona iqtisadiyyatı üzrə nikbinlik azalır

Avropa iqtisadiyyatının araşdırılması mərkəzinin (alm.: "ZEW") Almaniya və Avrozona üzrə iqtisadi inkişaf proqnozu indeksi açıqlanıb. 

Məlumatlara əsasən, Almaniya üzrə "ZEW" indeksi 26.7 punktdan 8.7, Avrozona üzrə göstərici isə 25.6 punktdan 10.4 punkta düşüb. 

Mütəxəssislər göstəricilərin Almaniya və Avrozonada müvafiq olaraq 21.5 və 30 punkt açıqlanacağını proqnozlaşdırırdılar. 

Beləliklə, Avrozona üzrə göstərici 2018-ci ilin mart ayından etibarən son bir ilin maksimumuna yüksəldikdən sonra proqnozlaşdırılandan da sürətlə azalmağa başlayıb.