Avrozona iqtisadiyyatında illik inkişaf artıb

30 Yanvar 2018

Avrozonada iqtisadi inkişaf göstəricilərinin yayımlanmasından sonra avronun qiymətində bahalaşma daha da güclənib.

Avrozona iqtisadiyyatında illik inkişaf artıb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2017-ci ilin dördüncü rübündə 0.6%, illik müqayisədə isə 2.7% artıdığı göstərilib. Analitiklər də rüblük və illik müqayisədə müvafiq olaraq 0.6% və 2.7%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür. Beləliklə, 2017-ci ildə Avrozonada iqtisadiyyat 2.7% böyüyüb. 2016-ci ildə isə bu göstərici 1.7% olmuşdur. 

ABŞ-da rüblük inkişaf oktyabr-dekabr ayları ərzində 2.6%, illik müqayisədə isə 2.4% olmuşdur. BununlaBu, ikinci hesablanmanın nəticəsidir və yekun göstərici dekabr ayının 21-də açıqlanacaqdır. 

Qeyd etmək lazımdır ki, bu gün yayımlanan göstəricilər birinci hesablanmanın nəticəsidir və ikinci və yekun göstəricilər müvafiq olaraq fevral ayının 14-ü və mart ayının 7-də açıqlanacaqdır.