Avrozona: Sənaye daralır, xidmət genişlənir

16 Dekabr 2019

Avrozonanın sənaye sektorunda işgüzarlıq azalsa da xidmət sektorunda artım sürətlənib.

Avrozona: Sənaye daralır, xidmət genişlənir

Avropanın statistika mərkəzinin (EuroStat) bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, sənaye sektorunda biznes aktivliyi indeksi dekabr ayında proqnozlaşdırıldığından (47.3) fərqli olaraq, 45.9 punkta düşüb. 

Lakin xidmət sektorunda aktivliyi ölçən indeks 52.4 punkt ilə proqnozlaşdırıldığından (52.0) daha çox artıb. 

Beləliklə, ümumi indeks noyabr ayının göstəricisi ilə eyni - 50.6 punkt dərc edilib. Burada isə iqtisadçılar 50.7 punkta kimi artım ehtimal edirdilər.