Avrozona sənayesindən "ürəkaçan" göstəricilər

13 May 2020

Avrozonada sənaye istehsalının azalmasına dair göstəricilərin proqnozlaşdırılandan yaxşı açıqlanması ümidləri artırıb.

Avrozona sənayesindən "ürəkaçan" göstəricilər

Avropanın statistika mərkəzinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, mart ayında sənaye istehsalı aylıq müqayisədə 11.3% azalıb. Mütəxəssislər aylıq azalma dinamikasının sənaye istehsalında 12%-ə çatacağını proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricilərin proqnozlaşdırılandan yaxşı yayımlanması, gələcək məlumatların müsbət açıqlana biləcəyinə işarədir.