Avrozona üzrə gözləntilər zəif azalıb

20 Fevral 2018

Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin indeksi keçən ayla müqayisədə pis, mütəxəssislərin proqnozlarının üzərində yayımlanıb.

Avrozona üzrə gözləntilər zəif azalıb

Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin (alm.: "ZEW") çərşənbə axşamı verdiyi məlumatlara əsasən, Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı nikbinlik əmsalı 29.3 punkta kimi 2.5 punkt azalıb. Analitiklər isə 3.4 punktluq azalma proqnozlaşdırırdılar. 


Göstərici maliyyə bazarları iştirakçıları tərəfindən diqqətlə izlənilir və 350 investor və analitiklər arasında aparılan sorğu əsasında hazırlanır. "ZEW" indeksi 2016-ci ilin iyul ayında son 3 il ərzində ilk dəfə  mənfi 14.7 punkta düşdükdən sonra yenidən artmağa başladı. İnvestorların ümidləri 2016-ci ilin iyun ayında pik hədlərə - 37.7 punkta - çatdıqdan sonra 26.7 punkta kimi azaldı. Hal-hazırda investorların gələcəyə dair gözləntiləri bu iki göstərici arasında möhkəmlənib. 


Son günlər mənfi gözləntiləri nəzərə alaraq EUR/USD məzənnəsi 1.6% ucuzlaşmışdı. Məlumatların qismən yaxşı açıqlanması eniş dinamikasını zəiflədib. 


Qeyd etmək lazımdır ki, sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə bədbinliyə dair işarədir.