Avrozona üzrə iqtisadi gözləntilər pisləşib

04 Fevral 2019

Avroapda siyasi və iqtisadi risklərin artması, öz mənfi təsirlərini saxlamaqla, gələcəyə dair bədbinliyi də artırıb.

Avrozona üzrə iqtisadi gözləntilər pisləşib

Avrozonada iqtisadi əhval-ruhiyyə ilin əvvəlində çox pisləşib. Almaniyada iqtisadi araşdırmaçılar tərəfindən hazırlanan "Ifo" indikatoru, birinci rübdə 6.6 punktdan mənfi 11.1 punkta kimi zəifləyib. Bu isə 2014-ci ildən etibarən ilk dəfə sıfırın altında açıqlanır. Sorğuya cəlb edilən mütəxəssislər, cari vəziyyət ilə yanaşı, iqtisadi gözləntiləri də bədbin qiymətləndirirlər. "İqtisadi inkişaf sürtəi Avrozonada yavaşlaya bilər", deyə "Ifo-Institutu" şərh edib. 


Fransa və Belçikadan olan mütəxəssislər iqtisadi inkişafı daha çox bədbin qiymətləndirirlər. Açıqlamada bildirilir ki, Fransada gözləntilər azalıb və bu, ölkədə prezident Makrona qarşl ğtişaşlarla əlaqələndirilir. İtaliyada isə vəziyyət yenidən çətinləşib və Avropa ölkələri arasında ən pis göstərici ilə qiymətləndirilib. Lakin gələcək gözləntilər pisləşməyib. Almaniyda da aşağı mənfi tendensiyadan təsirsiz qalmayıb. 


Mütəxəssislər gələcək ixrac potensialı, investisiyalar və özəl istehlak fonunda daha çox narahatdırlar.