Avrozona üzrə proqnozlar açıqlanacaq

07 May 2019

Birjalarda AB komissiyası tərəfindən açıqlanacaq Avrozona və Avropa üzrə inkişaf, inflyasiya və işsizliklə bağlı proqnozlar diqqət mərkəzində olacaqdır.

Avrozona üzrə proqnozlar açıqlanacaq

Avropa birliyi komissiyası çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da cari iqtisadi inkişaf proqnozunu açıqlayacaq. Komissiyanın iqtisadiyyat və maliyyə üzrə cavabdehi Pier Moskovisi ÜDM, inflyasiya və işsizliyə dair təhlillərini bəyan edəcəkdir. 


Dünya iqtisadiyyatı son zamanlar zəifləmişdi və bu, Avrozona iqtisadiyyatına və ixrac yönümlü Almaniya iqtisadiyyatına da mənfi təsir etmişdi. Sonuncu dəfə Almaniya höküməti də inkişaf proqnozlarını azaltmışdılar. Belə ki, hökümət bundan öncə 1.0% artım proqnozlarından sonra cari il üzrə bu göstəricisini 0.5%-ə salıb. Beynəlxalq valyuta fondu (BVF) da 0.8%-lik inkişaf ehtimal edir. 


Qeyd etmək lazımdır ki, ABŞ ilə Çin arasında ticarət böhranı qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artmasına təsir edir.