Avrozona: Xarici ticarətdə gəlirlər artıb

13 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonaya dair açıqlanan müsbət fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

Avrozona: Xarici ticarətdə gəlirlər artıb

Avrozonanın xarici ticarət balansında müsbət saldo artmaqda davam edir. 

Avropanın statistika mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ticarət balansında müsbət saldo iyul ayında 24.8 milyard avroya çatıb. Mütəxəssislər isə müsbət saldonun 20.6 milyard avrodan 17.4 milyard avroya kimi azalmasını proqnozlaşdırırdılar. 

Saldoda artım ixracın 0.6% artması şəraitində idxalın azalması ilə əlaqəlidir. 

Qeyd etmək lazımdır ki, cari ilin fevral ayından etibarən sözügedən göstəricidə artım müşahidə edilir.