Avrozona: Xidmət sektorunda artım, sənayedə tənəzzül

21 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər qarışıq açıqlanıb və avroya güclü təsiri müşahidə edilməyib.

Avrozona: Xidmət sektorunda artım, sənayedə tənəzzül

Almaniyanın sənaye sektorunda bədbinlik dərinləşməkdə. Markit araşdırma mərkəzinin cümə axşamı açıqladığı məlumatlara əsasən, Almaniyanın sənaye sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") fevral ayında 47.6 punkta kimi 2.1 punkt azalıb. Bu, son altı ilin minimum səviyyəsi hesab edilir. Xidmət sektorunda isə müsbət tendensiya oktyabr ayından etibarən ən yüksək səviyyəyə çatıb. 


İqtisadçılar sənaye sektorunda 50.0 punkta kimi artım, xidmət sektorunda isə 52.8 punkta kimi azalma proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Bununla yanaşı, Avrozonanın sənaye sektorunda da aktivlik 49.2 punkt ilə son 5 ilin minimum səviyyəsinə düşüb. Xidmət sektorunda isə 52.3 punkta kimi 1.1 punkt artıb. Burada isə mütəxəssislər yalnız 0.3 punktluq azalma ehtimal edirdilər. Sənaye sektorunda isə 0.2 punktluq azalma göstəricinin 50.0 punktun üzərində qala biləcəyi proqnozlaşdırırdılar.


Sənaye və xidmət sektorlarından ibarət göstəricilərin cəmi isə onu göstərir ki, xidmət sektorundaki müşahidə edilən sürpriz artım, sənaye sektorlarındaki mənfi göstəriciləri konpensasiya edir. Bundan sonra xidmət sektorundaki azalma xidmət sektoruna da mənfi təsir edə bilər. Bununla yanaşı, bu iqtisadi infrastrukturun da dəyişməsinə işarədir. İnkişaf etmiş ölkələrdə xidmət sektorunun payı iqtisadiyyatda 80%-ın üzərində olur. 


Almaniyada ümumi göstərici 52.1 punktdan 52.7, Avrozonada isə 51.0 punktdan 51.4 punkta kimi artıb. Analitiklər Almaniyada 52.0 punkta kimi azalma, Avrozonada isə 51.1 punkta kimi artım ehtimal edirdilər. 


Məlumatların açıqlanması foreks bazarlarında avroya güclü təsir etməyib və iqtisadi vəziyyətə dair dəqiq fikir formalaşdırmaq üçün gələcək ayların göstəriciləri diqqət mərkəzində olacaqdır.