Avrozona: Xidmət sektorunda inkişaf sürətlənir

03 İyul 2019

Avrozonanın xidmət sektorunda işgüzar mühit müsbət istiqamətdə inkişaf etməkdə davam edir.

Avrozona: Xidmət sektorunda inkişaf sürətlənir

Markit araşdırma mərkəzinin çərşənbə günü açıqladığı məlumatlara əsasən, Avrozonanın xidmət sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") iyun ayında 53.6 punkta kimi 0.7 punkt artıb. Mütəxəssislər isə yalnız 53.4 punkta kimi artım proqnozlaşdırırdılar. Beləliklə, özündə istehsal və xidmət sektorlarını cəmləşdirən ümumi göstərici də 51,8 punktdan 52,2 punkta yüksəlib. May ayında da göstərici 52.8 punktdan 52.9 punkta kimi artmışdı. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.