Neftdə artım davam edir

22 Fevral 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində divergensiya diqqət mərkəzində saxlanılmaqla bərabər, 71$-a kimi bahalaşma da proqnozlaşdırılır.

Neftdə artım davam edir

Neftin (OILUK) qrafikinə nəzər yetirdikdə, son günlərdə qiymət artımlarının davam etdiyinin şahidi oluruq.


Qiymətlər 65.50$-ın üzərində möhkəmlənərsə, növbəti hədəf 68.30 və 70.68 hədəfləridir.


Əks halda, qiymətlər 65.50 dəstək həddini aşağı doğru qırarsa, növbəti hədəflər  64.30-63.20$-dır. H4 qarfikində AO indiqatorunda yaranan divergensiya alış əməliyyatlarında ehtiyatlı olmağa siqnal verir.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22.00-da açıqlanacaq Amerikanın neft qazma platformalarının sayı ilə bağlı açıqlanacaq xəbər bazar iştirakçılarının diqqət mərkəzindədir.