Avrozonada inflyasiyada artım gözlənilir

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Avrozonadan inflyasiya ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar diqqət mərkəzində olacaqdır.

Avrozonada inflyasiyada artım gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada istehlak qiymətləri indeksilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər istehlak qiymətləri indeksinin fevral ayında 0.3% artacağını proqnozlaşdırırlar. Qeyd edək ki, yanvar ayında bu göstəricidə 0.1% azalma qeydə alınmışdı. Proqnozlar öz təsdiqini taparsa, avro maliyyə bazarlarında bir qədər də bahalaşa bilər. Analitiklərin proqnozlarına əsaslansaq, qiymətlər 1.1380 hədlərinin üzərində möhkəmlənməyi bacararsa, 1.1420 hədlərinə qədər yüksələ bilər.