Avrozonada infilyasiyada stabillik gözləntiləri

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Avrozonadan inflyasiyaya dair açıqlanacaq önəmli fundamental məlumatlar diqqət mərkəzində olacaqdır.

Avrozonada infilyasiyada stabillik gözləntiləri

Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada istehlak qiymətləri indeksilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər istehlak qiymətləri indeksinin mart ayında dəyişməyəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, fevral ayında bu göstəricidə 1.5%-lik artım qeydə alınmışdır. Proqnozlar öz təsdiqini taparsa, avro maliyyə bazarlarında üfüqi dalğalanmasını davam etdirə bilər.