Avrozonada inflyasiya 0.3%-ə düşdü

20 May 2020

Avrozonada inflyasiya proqnozlaşdırılandan daha sürətlə azalıb.

Avrozonada inflyasiya 0.3%-ə düşdü

Avropanın statistika mərkəzinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, aprel ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0.3% artıb. Mütəxəssislər isə illik inflyasiyanın 0.7%-dən yalnız 0.4%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, 0.7%-lik inflyasiya Avrozonada son 3 ilin minimumu hesab edilir.