Avrozonada inflyasiya 0.9% azalıb

23 Fevral 2018

Avrozonada inflyasiya yanvar ayında azalıb və fevral ayında da azalması proqnozlaşdırılır. Avronun ucuzlaşması dinamikası hələlik zəifləyib.

Avrozonada inflyasiya 0.9% azalıb

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri yanvar ayında dekabr ayı ilə müqayisədə 0.9% azalaraq, illik artım dinamikasının 1.3%-ə kimi 0.1% azalmasına səbəb olub. Mütəxəssislər də sözügedən göstəriciləri proqnozlaşdırırdılar və bu, avronun son günlər 3 sent ucuzlaşmasına səbəb olub. 


Maliyyə bazarlarında məlumatların gözləntilərə uyğun açıqlanması, avronun eniş dalğası dinamikasının zəifləməsinə təsir edib. Avro gözləntiləri artıq fervral ayının ortalarından nəzərə alaraq, 1.2555$-dan 1.2259$-a kimi 3 sent ucuzlaşıb. Gözləntilər proqnozlardan daha pis açıqlanardısa, avro daha da ucuzlaşa bilər, yaxşı yayımlanardısa, bahalaşmasına təsir edərdi. 


Məlumatların proqnozlara uyğun açıqlanması, avronun gələcək trendinin təhlili üçün əlavə fundamental məlumatların açıqlanmasını labüd edir. Bu kontekstdə investorlar 28-də açıqlanacaq növbəti - fevral ayı üzrə - inflyasiya səviyyəsini böyük maraqla gözləyirlər. 


Qeyd etmək lazımdır ki, fevral ayı üzrə sonuncu proqnozlarda da istehlak qiymətlərinin illik artım dinamikasının 1.2%-ə düşməsi ehtimal edilir.