Avrozonada inflyasiya 1.3%-ə çatıb

07 Yanvar 2020

Avrozonada inflyasiya dekabrda proqnozlaşdırıldığı kimi artıb.

Avrozonada inflyasiya 1.3%-ə çatıb

Avropanın statistika mərkəzi - EuroStatın çərşənbə axşamı açıqladığı məlumatlara əsasən, istehlak qiymətləri indeksi dekabrda illik müqayisədə 1.3% artıb. 

İnflyasiyanın illik artım dinamikası noyabrda yüksəlməyə başlayaraq, 1%-ə çatdıqdan sonra dekabrda 1.3%-ə yüksələcəyi ehtimal edilirdi. 

Qeyd etmək lazımdır ki, ölkədə istehlak qiymətlərinin bahalaşması, iqtisadi aktivliyin artmasından xəbər verir. Avropa Mərkəzi Bankı isə yumşaq monetar siyasəti ilə 2%-lik inflyasiya hədəfləyir.