Avrozonada inflyasiya 1.3%-ə yüksəlib

17 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonaya dair açıqlanan proqnozların üzərində inflyasiya göstəriciləri, avronunun daha da bahalaşmasına səbəb ola bilər.

Avrozonada inflyasiya 1.3%-ə yüksəlib

Avrozonanın çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətlərində iyun ayında aylıq müqayisədə 0.3%-lik artım müşahidə edilib. Beləliklə, illik inflyasiya da 1.2%-dən 1.3%-ə yüksəlib. 

Mütəxəssislər isə aylıq və illik inflyasiyaların müvafiq olaraq, 0.1 və 1.2% açıqlanacağını proqnozlaşdırırdılar. İyul ayında 1.12$-a kimi ucuzlaşan EUR/USD məzənnəsi cari göstəricilər fonunda yenidən dəstək görə bilər. 

Qeyd etmək lazımdır ki, beynəlxalq birjalarında avronun qiyməti 1.14$-a kimi 3%-ə kimi bahalaşmışdır.