Avrozonada inflyasiya 1.5%-dən 1.4%-ə düşdü

05 Yanvar 2018

Mütəxəssislərin baza indeksində artım gözləntiləri də özünü doğrultmayıb - avro təzyiq altında.

Avrozonada inflyasiya 1.5%-dən 1.4%-ə düşdü

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə günü açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın illik artım dinamikası dekabr ayında 1.5%-dən 1.4%-ə düşüb. Analitiklər də azalma proqnozlaşdırırdılar. Lakin baza indeksinin illik artım dinamikasında 1.0%-ə kimi artım gözlənilsə də, baza indeksinin illik artım dinamikası 0.9% səviyyəsində qalıb. 

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün dekabr ayı üzrə yayımlanan inflyasiya göstəriciləri ilkin hesablanma idi və yekun hesablanmanın yanvar ayının 17-də yayımlanması gözlənilir. 

Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi cari həftə ərzində 1.21$-a kimi bahalaşsa da, bu gün 1.20$-a kimi ucuzlaşıb.