Avrozonada inflyasiya 1.5%-dən 1.4%-ə düşüb

17 Yanvar 2018

Avrozonada inflyasiya hələ də təzyiq altında qalmaqdadır. İnvestorlar daha çox yanvar ayı üzrə statistikanı gözləyirlər.

Avrozonada inflyasiya 1.5%-dən 1.4%-ə düşüb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə günü açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın aylıq artım dinamikası dekabr ayında 0.1%-dən 0.4%-ə yüksəlsə də, illik artım dinamikası 1.5%-dən 1.4%-ə düşüb. Analitiklər də azalma proqnozlaşdırırdılar. Lakin baza indeksinin illik artım dinamikasında 1.0%-ə kimi artım gözlənilsə də, baza indeksinin illik artım dinamikası 0.9% səviyyəsində qalıb. 

Yanvar ayı üzrə inflyasiya göstəriciləri isə ayın 31-i Bakı vaxtı ilə saat 14:00-da yayımlanacaqdır. 

Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi yanvar ayında 4%-ə kimi bahalaşıb. Hal-hazırda 1.23-1.22$ aralığında ticarət edilən qiymət 1.23$-in üzərində möhkəmlənərsə, 1.25$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.