Avrozonada inflyasiya 1.6%-a yüksələcək?

31 May 2018

Dünya valyuta birjalarında avronun qiymətində müşahidə edilən bahalaşma bu gün daha da güclənə bilər. Belə ki, Avrozonada önəmli göstəricilər açıqlanacaq.

Avrozonada inflyasiya 1.6%-a yüksələcək?

EUR/USD 1.17$-a kimi bahalaşa bilər. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.15$-a kimi ucuzlaşdıqdan sonra 1.16$-a kimi bahalaşıb və 1.17 və 1.18$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiya ilə bağlı güclü fundamental göstəricilər açıqlanacaqdır və maliyyə bazarlarında dalğalanma da arta bilər.


USD/TRY 4.41TL-ə kimi də ucuzlaşa bilər. 

Türkiyə maliyyə bazarlarında da dollar lirəyə qarşı ucuzlaşıb. Belə ki, USD/TRY məzənnəsi 4.47TL-ə ticarət edilməkdədir və 4.41TL-ə kimi də ucuzlaşa bilər.