Avrozonada inflyasiya 1.7%-ə yüksəldi

03 May 2019

Bu gün böyük maraqla gözlənilən Avrozonanın inflyasiyasına dair fundamental göstəricilər proqnozlaşdırılandan daha yaxşı açıqlanıb.

Avrozonada inflyasiya 1.7%-ə yüksəldi

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın ikinci rübün birinci ayında artdığı müşahidə edilib. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri aprel ayında illik müqayisədə 1.7%, illik göstəricinin baza indeksi isə 1.2% artıb. Mart ayında sözügedən göstəricilər müvafiq olaraq 1.4 və 0.8% olmuşdu. Mütəxəssislər inflyasiyasının yalnız 1.6%, baza indeksinin isə 1.2%-ə kimi artacağını proqnozlaşdırırdılar. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir.