Avrozonada inflyasiya gözləniləndən zəif artıb

18 Dekabr 2017

Maliyyə bazarlarında inflyasiyanın 1.6%-ə kimi artması proqnozlaşdırılsa da, yalnız 1.5%-ə kimi artıb.

Avrozonada inflyasiya gözləniləndən zəif artıb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") bazar ertəsi açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın illik artım dinamikası noyabr ayında 1.4%-dən 1.5%-ə yüksəlib. Analitiklər isə 1.6%-ə kimi artım proqnozlaşdırırdılar. 

İstehlak qiymətlərinin baza indeksində isə artım müşahidə edilməyib. Bu isə onu deməyə əsas verir ki, noyabr ayında inflyasiyanın artması, enerji bazarlarında neft qiymətlərinin bahalaşması ilə əlaqədardır. Belə ki, istehlak qiymətlərinin baza indeksinin illik artımı 0.9% səviyyəsində qərarlaşıb. Dünya enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti noyabr ayında 60-64$ aralığında ticarət edilib. 

Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi bu gün 1.1795$-a kimi 0.5% bahalaşıb.