Avrozonada inflyasiya gözlənilmədən 1.6%-ə düşdü

04 Yanvar 2019

Avrozonada inflyasiyanın 1.8%-ə kimi azalacağı proqnozlaşdırılırdısa, göstəricilər 1.6% açıqlanıb. Avroya qarşı təzyiqlər yenidən arta bilər.

Avrozonada inflyasiya gözlənilmədən 1.6%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün üçüncü ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri dekabr ayında illik müqayisədə 1.6%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər isə inflyasiyanın yalnız 1.8%-ə kimi azalacağı, baza indeksinin isə 1.0% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Noyabr ayında sözügedən göstəricilər 1.9 və 1.0% olmuşdu. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanmasından EUR/USD məzənnəsində bahalaşma dinamikasının zəifləməsinə təsir edib. Son günlər dünya birjalarında dolların ucuzlaşması, digər aparıcı valyutaların bahalaşmasına təsir etmişdir. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilirdi. Lakin son günlər enerji bazarlarında da müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, beləliklə inflyasiyanın da azalmasına təsir edib. 


Bununla yanaş, Avrozonanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı sonuncu statistik məlumatlarda da dinamikanın gözləniləndən çox azalması göstərilib. Belə ki, ÜDM-də rüblük artım üçüncü rübdə 1.7%-ə düşüb. 


Dünyada proteksionizmin artması, Breksit və yeni büdcə sistemləri fonunda risklərin artması, dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.