Avrozonada inflyasiya gözlənilmədən 1.9%-ə düşdü

17 Dekabr 2018

Avrozonada inflyasiyanın 2.0%-ə kimi azalacağı proqnozlaşdırılırdısa, göstəricilər 1.9% açıqlanıb. Avroya qarşı təzyiqlər arta bilər.

Avrozonada inflyasiya gözlənilmədən 1.9%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") bazar ertəsi açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün ikinci ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri noyabr ayında illik müqayisədə 1.9%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər isə inflyasiyanın yalnız 2.0%, baza indeksinin isə 1.0%-ə kimi azalacağını proqnozlaşdırılırdı. Oktyabr ayında sözügedən göstəricilər 2.2 və 1.1% olmuşdu. Aylıq dinamika isə 0.2% azalıb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanmasından EUR/USD məzənnəsinə təsir etməyib. Yeni həftənin başlaması ilə avronun qiyməti bahalaşmağa başlayıb. Sonuncu dəfə Avropa Mərkəzi Bank sədri Mario Draqinin açıqlamaları avronun ucuzlaşmasına səbəb olmuşdu. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilirdi. Lakin son günlər enerji bazarlarında da müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, beləliklə inflyasiyanın da azalmasına təsir edib. Oktyabr ayında ucuzlaşmağa başlayan neft qiymətləri fonunda son aylar sürətlə artan inflyasiya fonunda da şüphələr mövcud idi


Bununla yanaş, Avrozonanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı sonuncu statistik məlumatlarda da dinamikanın gözləniləndən çox azalması göstərilib. Belə ki, ÜDM-də rüblük artım üçüncü rübdə 1.7%-ə düşüb


Dünyada proteksionizmin artması, Breksit və yeni büdcə sistemləri fonunda risklərin artması, dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.