Avrozonada inflyasiya gözlənilmədən 2.0%-ə düşdü

30 Noyabr 2018

Avrozonada inflyasiyanın azalacağı proqnozlaşdırılırdısa, göstəricilərin gözləniləndən də sürətlə azalması, avroya təzyiqləri daha da artıra bilər.

Avrozonada inflyasiya gözlənilmədən 2.0%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün ikinci ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri noyabr ayında illik müqayisədə 2.0%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər isə inflyasiyanın yalnız 2.1%-ə kimi azalacağını, baza indeksinin 1.1% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Oktyabr ayında sözügedən göstəricilər 2.2 və 1.1% olmuşdu. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1357$-a kimi 0.4% ucuzlaşıb. Göstəricilərin gözləniləndən daha çox azalması, avronun ucuzlaşmasını daha sürətləndirə bilər. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilirdi. Lakin son günlər enerji bazarlarında da müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, beləliklə inflyasiyanın da azalmasına təsir edib. Oktyabr ayında ucuzlaşmağa başlayan neft qiymətləri fonunda son aylar sürətlə artan inflyasiya fonunda da şüphələr mövcud idi


Bununla yanaş, Avrozonanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı sonuncu statistik məlumatlarda da dinamikanın gözləniləndən çox azalması göstərilib. Belə ki, ÜDM-də rüblük artım üçüncü rübdə 1.7%-ə düşüb


Dünyada proteksionizmin artması, Breksit və yeni büdcə sistemləri fonunda risklərin artması, dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.