Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri iyun ayında illik müqayisədə 2.0%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər də yuxarıda açıqlanan göstəriciləri əvvəlcədən proqnozlaşdırıdılar.
Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Beləliklə, inflyasiya da 2013-ci ilin yanvar ayından etibarən son 5 ilin ən yüksək səviyyəsinə çatıb.
Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya səbəb olmayıb, çünki inflyasiyada artım gözləntiləri artıq son günlər avronun qiymətində nəzərə alınmaqdadır. Belə ki, EUR/USD məzənnəsi cari həftə ərzində 1.16$ ətrafında ticarət edilib.