Avrozonada inflyasiya və BREKSİT danışıqları

28 Fevral 2018

Bazar ertəsinin zəif dalğalanması, güclü volatilliklə əvəz edilib və bu gün də güclü hadisələrin olacağı gözlənilir.

Avrozonada inflyasiya və BREKSİT danışıqları

EUR 1.22$-a kimi ucuzlaşdı. 

Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin çərşənbə axşamı gözlənilənlərdən yüksək açıqlanması, Avrozonada inflyasiyanın təzyiq altında olduğu bir vaxtda EUR/USD məzənnəsinin də 1.22$-a kimi ucuzlaşmasına səbəb olub. Avronun gələcək qiyməti üçün isə bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonada inflyasiya ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır.


GBP və “BREKSİT”-in ikinci mərhələsi. 

1.3900$-a ticarət edilən GBP/USD məzənnəsi də 1.3785$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, İngiltərə höküməti tərəfindən “BREKSİT”-dən sonraki iqtisadi münasibətlərlə bağlı AB-yə təqdim edilən təkliflər böyük narazılıqlarla qarşılaşıb. Cümə günü isə baş nazir Tereza Meyin təkliflərlə bağlı açıqlamaları gözlənilir.


Qızıl 1313$-a kimi dəyər itirdi. 

Dünya valyuta birjalarında yüksək dalğalanma qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edib. Beləliklə, 1313$-a kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1302$-a kimi də dəyər itirə bilər.