Avrozonada inflyasiya və FED-in açıqlaması gözlənilir

31 Yanvar 2018

Bu gün saat 14:00 və 23:00-da açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi investorların ehtiyatlı mövqeyi.

Avrozonada inflyasiya və FED-in açıqlaması gözlənilir

EUR/USD 1.24$-a ticarət edilir. 

Dünya valyuta birjalarında avronun qiyməti bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiyası ilə bağlı önəmli fundamental məlumatlar öncəsi 1.24$ ətrafında ticarət edilməkdədir. Avronun qiymətində artım dalğasının yenidən güclənməsi üçün 1.2463$-a kimi bahalaşması və üzərində qalması lazımdır.


USD/TRY yenidən ucuzlaşır. 

Dollar/Lirə məzənnəsi isə 3.77TL ətrafında ticarət edilməkdədir. Qiymət sözügedən səviyyənin altında qalarsa, Türkiyə bazarlarında dollar yenidən 3.72TL-ə kimi ucuzlaşa bilər.


FED-in açıqlamaları gözlənilir. 

Bununla yanaşı, bu gün Amerika Mərkəzi Bankının Bakı vaxtı ilə saat 23:00-da yayımlanacaq faiz qərarı və hesabatı da investorların diqqət mərkəzindədir.