Avrozonada inflyasiya yenidən azaldı

18 Mart 2020

Avrozonada inflyasiya yenidən azalaraq, son iki ayın minimumuna düşüb.

Avrozonada inflyasiya yenidən azaldı

Avropanın "EuroStat" mərkəzinin açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 1.2% artıb. Yanvar ayında sözügedən göstərici 1.4% olmaqla mütəxəssislər də illik dinamikanın 1.2%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstərici dekabr ayının 1.3% səviyyəsinin altında düşüb.