Avrozonada inflyasiyanın arta biləcəyinə işarə

20 Fevral 2019

Dünya maliyyə bazarlarında bu gün treyderlər tərəfindən Almaniyadan böyük maraqla gözlənilən fundamental göstəricilər proqnozlardan da yaxşı açıqlanıb.

Avrozonada inflyasiyanın arta biləcəyinə işarə

Almaniyanın istehsal məhsullarının qiymətlərində bahalaşma proqnozları üstələyib. Almaniyanın federativ statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehsal qiymətləri indeksi yanvar ayında 0.4% artıb. Bu göstərici dekabr ayında mənfi 0.4% idi və iqtisadçılar indeksin yalnız mənfi 0.2%-ə kimi yüksələ biləcəyini proqnozlaşdırırdılar. 


Məlumatların proqnozların üzərində açıqlanması, Avrozonada inflyasiyanın gözləniləndən daha sürətlə arta biləcəyinə işarədir və valyuta birjalarında avronun bahalaşmasına təsir edə bilər.