Avrozonada inflyasiyanın aylıq sürət zəifləyir

18 İyul 2018

Avropanın inflyasiya ilə bağlı yayımlanan önəmli fundamental məlumatlarda aylıq dinamikanın zəiflədiyi müşahidə edilir, avro təzyiq altında.

Avrozonada inflyasiyanın aylıq sürət zəifləyir

Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda aylıq dinamikanın zəiflədiyi müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri iyun ayında illik müqayisədə 2.0%, illik göstəricinin baza indeksi isə 0.9% artıb. Mütəxəssislər isə illik inflyasiyada dəyişiklik gözləməsələr də, illik baza indeksinin 1.1%-dən yalnız 1.0%-ə kimi azalacağını proqnozlaşdırırdılar. İnflyasiyada aylıq artım dinamikası isə iyun ayında 0.5%-dən 0.1%-ə düşüb. 


Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Beləliklə, inflyasiya da 2013-ci ilin yanvar ayından etibarən son 5 ilin ən yüksək səviyyəsinə çatıb. 


Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya səbəb olmayıb, çünki Avrozona iqtisadiyyatı fonunda narahtlıqlar artıq avronun qiymətində öz əksini tapıb. Belə ki, EUR/USD məzənnəsi 1.16$-a ticarət edilməkdədir.