Avrozonada inflyasiyanın azalma proqnozları

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən önəmli göstəricilər arasında Avrozonanın inflyasiya ilə bağlı məlumatlar da var.

Avrozonada inflyasiyanın azalma proqnozları

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozona üçün istehlak qiymətlərinin aylıq və illik göstəriciləri dərc ediləcəkdir. 


İstehlak qiymətləri indeksinin aylıq göstəricilərinin 0.0%-dən mənfi 1.1%-ə qədər, illik göstəricilərində isə 1.6%-dən 1.4%-dək azalma proqnozlaşdırılır. 


Nəticələr proqnozlara uyğun açıqlanarsa, avronun maliyyə bazarlarında dəyər itirməsini müşahidə edə bilərik.