Avrozonada inkişaf azalaraq, 0.9%-ə düşdü

14 Fevral 2020

Avrozonada iqtisadi inkişaf 2019-ci ildə də azalmaqda davam edib.

Avrozonada inkişaf azalaraq, 0.9%-ə düşdü

Avropanın "EuroStat" statistika mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, 2019-ci ilin dördüncü rübündə ÜDM illik müqayisədə 0.9, rüblük müqayisədə isə 0.1% artıb. 

Üçüncü, ikinci və birinci rüblərdə Avrozona 1.2 böyümüşdür. Lakin 2017-ci ilin dördüncü rübündə inkişaf 2.7%-ə çatdıqdan sonra 2018-ci ildən etibarən azalmağa başlamışdır. 

Qeyd etmək lazımdır ki, bu gün dərc edilən göstəricilər ikinci proqnozlar idi və mart ayında yekun göstəricinin açıqlanması gözlənilir.