Avrozonada inkişaf zəifləsə də inflyasiya artır

31 Yanvar 2020

Avrozonanın inkişaf dinamikası IV rübdə proqnozlaşdırılandan daha çox azalsa da inflyasiyada artım davam edir.

Avrozonada inkişaf zəifləsə də inflyasiya artır

Avropanın statistika mərkəzi EuroStatın cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada ÜDM dördüncü rübdə yalnız 1% artıb. İllik artım üçüncü rübdə 1.2% olmaqla, dinamikanın dördüncü rübdə 1.1%-ə düşəcəyi proqnozlaşdırılırdı. 

Bununla yanaşı, istehlak qiymətləri indeksi ilə bağlı göstəricilərə əsasən, illik dinamika yanvar ayında da artaraq 1.4%-ə çatıb. Bu göstərici son üç ay ərzində artmaqdadır. 

Qeyd etmək lazımdır ki, inkişaf dinamikasının zəiflədəyi bir dövrdə, inflyasiyanın artması mənfi qiymətləndirilməklə yanaşı, digər tərəfdən innovativ iqtisadiyyatın inkişafına da işarə ola bilər. Almaniya iqtisadiyyatında inflyasiyanın 1.7%-ə çatması, sonuncu arqumanti gücləndirən əsasdır.