Avrozonada iqtisadi bədbinlik azalır

19 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Avrozonadan böyük maraqla gözlənilən önəmli fundamental məlumatlar proqnozlardan yaxşı açıqlanıb.

Avrozonada iqtisadi bədbinlik azalır

Avropa iqtisadiyyatının araşdırılması mərkəzinin (alm.: "ZEW") Almaniya və Avrozona üzrə iqtisadi inkişaf proqnozu indeksi açıqlanıb. 


Məlumatlara əsasən, Almaniya üzrə "ZEW" iqtisadi mənfi 13.4 punktdan mənfi 3.6 punkta kimi yüksəlib, Avrozona üzrə mənfi 16.6 punktdan mənfi 12.5 punkta yüksəlib. Mütəxəssislər göstəricinin Almaniya və Avrozonada müvafiq olaraq mənfi 11.0 və 15.1 punkta kimi yüksələcəyi proqnozlaşdırırdılar. 


Beləliklə, göstəricilər sıfırın altında qalmasına baxmayaraq, proqnozları üstələməsi müsbət qiymətləndirilə bilər. Sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə iqtisadi bədbinliyə dair işarədir.