Avrozonada iqtisadi böhran təhlükəsi var

20 Fevral 2019

Avrozonada bədbin gözləntilər real iqtisadiyyata yansıya bilər və bu vəziyyətin zəif banklarla dərin böhrana səbəb ola biləcəyi açıqlanıb.

Avrozonada iqtisadi böhran təhlükəsi var

Avropa Mərkəzi Bankının (AMB) üzvü Peter Pratın fikrincə, Avrozona iqtisadiyyatı müvəqqəti səbəblər ilə deyil, fundamental dəyişir. Çərşənbə günü Frankfurtda danışan iqtisadçı bunu ticarət böhranı və Breksit və İtaliyadaki siyasi vəziyyət ilə əlaqədar yaranmış qeyri-müəyyənliklə əlaqələndirir. "Biz böhran yaşamırıq, lakin yaxınlaşırıq", deyə Prat vurğulayıb. 


"Avrozonada iqtisadi şərtlər yaxşıdır, lakin mənfi gözləntilərin real iqtisadiyyata təsir edə biləcəyi təhlükəsi vardır", deyə iqtisadçı vəziyyəti təhlil edərək sənaye sektorundan açıqlanan sonuncu göstəriciləri işarə edib. AMB-nin orta müddətli siyasətini cari vəziyyətə uyğunlaşdıracağı isə məlum deyil və Prat yaxın zamanda aydınlıq gətiriləcəyini ümid edir. 


Belə vəziyyətdə AMB-nin iqtisadi dəyişikliyə reaksiya verməli olduğunu müdafiə edən mütəxəssis, mart ayının 7-sində idarə heyətində yaxın zamanlarda uzun müddətli maliyyələşmə əməliyyatlarının (ing.: "TLTROs") da müzakirə ediləcəyini bildirib. 


Bununla yanaşı, AMB nümayəndəsi önəmli münaqişələr öz həllini tapa bilməzsə, təcili tədbirlərə də ehtiyac ola bilər. Avrozona bankları da gəlirli işləmirlər. Bu da onların böhranı daha da dərinləşdirə biləcəkləri təhlükəsini yaradır. Hökümətlər tərəfindən də iqtisadiyyata dəstəyin önəmliyini vurğulayan Prat, AMB-nin keçmişdə çox vaxt tək olduğunu bildirib.