Avrozonada iqtisadi inkişaf 1.1%-ə düşüb

07 Mart 2019

Dünyada siyasi və iqtisadi risklər Avrozona iqtisadiyyatına da mənfi təsir göstərməkdə davam edir. Avrozonada iqtisadi inkişaf 2.7%-dən 1.1%-ə düşüb.

Avrozonada iqtisadi inkişaf 1.1%-ə düşüb

Avrozonada iqtisadi inkişaf sürəti azalmaqda davam edir. Eurostatın çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada ÜDM 2018-ci ilin dördüncü rübündə rüblük müqayisədə 0.2%, illik müqayisədə isə 1.1% artıb. Rüblük müqayisədə artım dinamikası artıq üçüncü rübdən etibarən 0.4%-dən 0.2%-ə düşsə də illik müqayisədə artım dinamikası son iki ilin minimum səviyyəsinə düşüb. 


Analitiklər isə 2018-ci ildə iqtisadi inkişaf dinamikasının 2.7%-dən (2017-ci il) 1.2%-ə kimi zəifləyəcəyi proqnozlaşdırırdılar. 


ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.